Azərbaycan və Qırğızıstan enerji sektoru sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Qırğızıstan arasında enerji sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
Operativ Media bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qurumun İdarə Heyətinin sədri Samir Axundov “Qırğızıstan Enerji Hesablama Mərkəzi” ASC-nin baş direktoru Bapa Janıbekovun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Görüş zamanı hər iki ölkənin enerji sistemləri barədə məlumat verilib, eləcə də enerji sistemlərində tezliklərin tənzimlənməsi, elektrik enerjisinin ixracı imkanları, enerji sisteminin balansına avtomatlaşdırılmış nəzarət və bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıq kimi məsələlərə toxunulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net