16 Fevral 2023, 22:06
BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı
BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı şəkil
BMT Türkiyəyə humanitar yardım üçün 1 milyard dollar toplamağa çağırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplanması məqsədilə təşkilata üzv dövlətlərə müraciət edib.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) mətbuat xidməti məlumat yayıb.

“BMT humanitar təşkilatların Türkiyədəki fəlakətli zəlzələlərdən zərər çəkmiş 5 milyondan çox insana kömək edə bilməsi məqsədilə 1 milyard dollar toplamaq üçün təcili müraciət edib”, - məlumatda deyilir.

BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq, onlara kömək göstərmək lazımdır.

Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Vəsait yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.

Son xəbərlər
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb