Menyu

Türkiyənin 3 şəhərində zəlzələ olub

Əziz Əzizli
Türkiyənin 3 şəhərində zəlzələ olub

Fevralın 17-də Bakı vaxtı ilə saat 03:11-dən 04:49-dək Türkiyənin Malatya, Elazığ və Kahramanmaraş şəhərlərində zəlzələ olub.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, maqnitudası 4-4.8 diapazonunda dəyişən zəlzələlərin ən güclüsü Elazığın Karakoçan rayonunda baş verib. Belə ki, ocağı 11,78 km dərinlikdə qeydə alınan yeraltı təkanlar Bakı vaxtı ilə saat 04:35-də meydana gəlib.

Teqlər:

"Türkiyənin 3 şəhərində zəlzələ olub"

Əlaqəli Xəbərlər