Bakı-Ürgənc reyslərinin qiyməti açıqlanıb
Şəfa Hüseynli
Xəbər verdiyimiz kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL ) avqustun 2-dən etibarən Özbəkistanın Ürgənc şəhərinə müntəzəm reysləri bərpa edəcək.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
Operativ Media Bakı-Ürgənc reyslərinin qiymətini araşdırıb.
Məlumata görə, biletlərin standart qiyməti 233 manatdan başlayır.
Qeyd edək ki, aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net