Azərbaycan və Gürcüstan iqtisadiyyat nazirləri arasında görüş olub

Nərmin Qocamanlı
Azərbaycan və Gürcüstan iqtisadiyyat nazirləri arasında görüş olub

Azərbaycan Gürcüstanla enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Mariam Kvrivişvilinin rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin prioritet inkişaf istiqamətlərini nəzərdən keçirdik və enerji, nəqliyyat, infrastruktur, ticarət və investisiya sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etdik. Birgə layihələrin ölkələrimiz və region üçün faydalarını vurğuladıq”,- deyə o qeyd edib.

Şəkil Qalereyası

Azərbaycan və Gürcüstan iqtisadiyyat nazirləri arasında görüş olub - Şəkil 1
Azərbaycan və Gürcüstan iqtisadiyyat nazirləri arasında görüş olub - Şəkil 2

Digər xəbərlər