Menyu

Qubada illik istehsal gücü 4 min ton olan yeni sənaye müəssisəsi tikilir

Nərmin Qocamanlı
Qubada illik istehsal gücü 4 min ton olan yeni sənaye müəssisəsi tikilir

Qubada yeni meyvə emalı müəssisəsi tikilir.

Operativ Media xəbər verir ki, zavodda meyvə konsentrantı və meyvə şirəsinin istehsalı, həmçinin qablaşdırılması həyata keçiriləcək. Müəssisənin illik istehsal gücü 4 min ton olacaq.

Zavodun fəaliyyətə başlaması həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.

Məlumata görə, ümumi dəyəri 25 milyon manat olan müəssisə 2 hektar ərazini əhatə edir və tam istifadəyə verildikdən sonra burada 112 nəfərin daimi məşğulluğu təmin olunacaq. Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcək.

Müəssisənin açılışı bu ilin sentyabr ayında nəzərdə tutulur. Hazırda tikinti və texnoloji avadanlıqların quraşdırılması işlərinin son mərhələsidir.

AZƏRTAC

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər