Nazir: Cari ilin ilk 5 ayında Azərbaycan Gürcüstana 1,6 milyard kubmetr qaz tədarük edib
Nərmin Qocamanlı
Energetika naziri Pərviz Şahbazov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə danışıqlar aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında paylaşım edib:
"Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə enerji sahəsində strateji tərəfdaşlığımıza, o cümlədən təbii qaz tədarükü, yaşıl enerji dəhlizi, elektrik enerjisinin ixracı və tranzit imkanları üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr apardıq".
Nazir bildirib ki, Cari ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarük olunub.
"Enerji sahəsindəki birgə təşəbbüslərimiz regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir", - o, qeyd edib.
Teqlər:
"Nazir: Cari ilin ilk 5 ay\u0131nda Az\u0259rbaycan G\u00fcrc\u00fcstana 1 6 milyard kubmetr qaz\u00a0t\u0259dar\u00fck edib"