http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb

19 Fevral 2023 , 09:48
Masallıda ayrı-ayrı ünvanlardan oğurluq edən 4 nəfər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri M.Əsgərov və E.Şahverdiyev gecə saatlarında həmin mağazaya daxil olaraq oradan 590 manat nağd pul, 821 manat dəyərində tütün məmulatları və danışıq kartları oğurlayıblar. Oğurlanan əşyaların bir qismi onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb. 
Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri ilə tanışına məxsus yaşayış evinə gizli yolla daxil olaraq oradan ümumilikdə 2000 manata yaxın dəyəri olan məişət əşyaları və motosiklet ehtiyat hissələrini oğurlayan Masallı rayon sakini Q.Əhmədov müəyyən edilərək saxlanılıb.  

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri ərazisində elektrik lampalarının işıqlandırılması üçün çəkilmiş 1000 manat dəyərində mis elektrik naqillərini oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Ü.Hüseynov olduğu müəyyən edilib.

Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu