Masallıda iki “Mercedes” toqquşub, 7 nəfər yaralanıb

Nərmin Qocamanlı
Masallıda iki “Mercedes” toqquşub, 7 nəfər yaralanıb

Fevralın 19-da saat 14 radələrində Masallı rayonunun Binə Xocavar kəndi ərazisində rayonun Çaxırlı kənd sakini K. Təhməzovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Balakən rayon sakini N.İsmayılovun idarə etdiyi digər bir "Mercedes" markalı avtomobil toqquşub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qəza nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər