Sumqayıtda qadın qətlə yetirilib
Redaksiya
Fevralın 19-da saat 20 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının qeyri-rəsmi münasibətdə olduğu 1982–ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
T.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net