Suriya Azərbaycandan gündəlik 3,4 milyon kubmetr təbii qaz alacaq - YENİLƏNİB

Əziz Əzizli
Suriya Azərbaycandan gündəlik 3,4 milyon kubmetr təbii qaz alacaq - YENİLƏNİB

Suriya avqustun 2-dən etibarən gündəlik Azərbaycandan 3,4 milyon kubmetr təbii qaz alacaq.

Operativ Media xəbər verir ki, bu barədə Suriyanın “Sana” agentliyi bu ölkənin energetika naziri Məhəmməd əl-Bəşirə istinadən məlumat yayıb.

“Nazir təsdiq edib ki, avqustun 2-dən etibarən Suriya Türkiyə ərazisilə Azərbaycandan 3,4 milyon kubmetr qaz alacaq. Bu isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal edəcək", - məlumatda bildirilib.

Nazir vurğulayıb ki, bu addım elektrik şəbəkəsinin sabitliyinin artırılmasına kömək edəcək.

O qeyd edib ki, Suriya hökuməti enerji ehtiyaclarını təmin etmək üçün milli plan çərçivəsində bu tədbirlərin həyata keçirilməsini izləyir.

***

13:01

Azərbaycan qazının Türkiyə vasitəsilə Suriyaya tədarükü avqustun 2-də başlayacaq.

Operativ Media-nın məlumatına görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

"Avqustun 2-də Kilis vasitəsilə Azərbaycandan Hələbə təbii qaz ixracına başlayacağıq", - Türkiyə KİV-ləri onun sözlərini yayıb.

Digər xəbərlər