20 Fevral 2023, 17:56
Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib
Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib şəkil
Baş Prokurorluğun əməkdaşı beynəlxalq təlimdə iştirak edib

Cari ilin 14-16 fevral tarixlərində Portuqaliya Respublikasının paytaxtı Lissabon şəhərində Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi CyberEast layihəsi çərçivəsində “Birgə Təhqiqat Komandaları və xarici xidmət təchizatçıları ilə inkişaf etdirilmiş əməkdaşlıq” mövzusunda regional təlim keçirilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, 30-dan çox dövlətin və nüfuzlu beynəlxalq təşkilatlardan 50-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov təmsil edib.
 
Tədbir zamanı kibercinayətlərin müxtəlif təzahürləri, bu növ cinayətlərin təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, beynəlxalq əməkdaşlıq, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası və onun Əlavə Protokollarında nəzərdə tutulan müddəalar müzakirə edilib. Daha sonra beynəlxalq ekspertlər tərəfindən kibercinayətlərlə bağlı keyslər üzrə praktiki məşğələlər keçirilib.
 
Təlimin yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Son xəbərlər
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
ABL: "Ordu" "Lənkəran"ı məğlub etdi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib