Menyu

Hotelçilik sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Şəfa Hüseynli
Hotelçilik sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüş keçirilib

Xankəndi şəhərində hotelçilik sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.

 Operativ Media xəbər verir ki, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə verilən vergi və gömrük güzəşt və azadolmaları, vergi ödəyiciləri tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılması qaydaları, eyni zamanda fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilən ƏDV-nin geri qaytarılması barədə məlumat verilib.

Sahibkarlıq subyektlərinin fəaliyyəti zamanı təsərrüfat subyektlərinin (obyektlərinin) qeydiyyatı, NKA-nın və POS-terminalların quraşdırılması, işçilərlə əmək müqavilələrinin bağlanması, o cümlədən vergi hesabatlarının Vergi Məcəlləsində nəzərdə tutulan qaydada və müddətdə vergi orqanına təqdim edilməsinin vacibliyi vergi ödəyicilərinin diqqətinə çatdırılıb.

Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər