Mərkəzi Bankda sığorta sektoru rəhbərləri ilə görüş keçirilib
Əziz Əzizli
Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirilib.
Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov "X" hesabında paylaşım edib.
Görüş çərçivəsində 2025-ci ilin ilk yarısı üzrə sığorta sektorunun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar geniş müzakirə olunub. Eyni zamanda, qarşıdakı dövr üçün strateji prioritetlər və həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər diqqət mərkəzində olub.
Mərkəzi Bankda sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirdik. Görüş çərçivəsində 2025-ci ilin ilk yarısı üzrə sektorun fəaliyyət göstəriciləri, inkişaf dinamikası və mövcud çağırışlar ətrafında ətraflı müzakirələr aparılmışdır. Eyni zamanda, qarşıdakı dövr üçün strateji… pic.twitter.com/crIehLJcsb