Menyu

Azərbaycanın xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 2,4 faiz azalıb

Şəfa Hüseynli
Azərbaycanın xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 2,4 faiz azalıb

1 iyul 2025-ci il tarixə Azərbaycanın xarici dövlət borcu 5 010,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 130 662,5 milyon manat (76 860,3 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil edib.

 Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci il dövlət borcu üzrə yarımillik Statistik Bülletendə bildirilir.

Qeyd edilən tarixə xarici dövlət borcu xarici valyuta məzənnələrində baş verən dəyişikliklər nəzərə alınmaqla 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 119,0 milyon dollar və ya 2,4 faiz azalıb. 2025-ci ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 237,1 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.

Cari ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,4 faiz bəndi azalıb.

Teqlər:

"Az\u0259rbaycan\u0131n xarici d\u00f6vl\u0259t borcu ilin \u0259vv\u0259li il\u0259 m\u00fcqayis\u0259d\u0259 2 4 faiz azal\u0131b"

Əlaqəli Xəbərlər