20 Fevral 2023, 20:40
İçkili şəxslərin davası ölümlə nəticələndi
İçkili şəxslərin davası ölümlə nəticələndi şəkil
İçkili şəxslərin davası ölümlə nəticələndi

Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kənd sakini, 1989-cu il təvəllüdlü Oktay Əliyevin həmkəndlisi, 1993-cü il təvəllüdlü Ramil Bəşirov ilə mübahisə edərək dalaşan zamanı ölməsi barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı adıçəkilən şəxslərin içkili surətdə dalaşması, R. Bəşirovun yumruqla O. Əliyevi vuran zamanı ölməsi məlum olub.

R. Bəşirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Son xəbərlər
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB 4
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb