Menyu

Suriya qaz tədarük etdiyimiz 14-cü ölkə olub

Əsəd Abbaslı
Suriya qaz tədarük etdiyimiz 14-cü ölkə olub

Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Avronyus Turkish”ə deyib.

M.Cabbarov həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.

M.Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.

Qeyd olunur ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.

Qeyd edək ki, avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər