Menyu

6 avtomobili bilərəkdən cızan şəxs saxlanılıb

Redaksiya
6 avtomobili bilərəkdən cızan şəxs saxlanılıb

Fevralın 19-da saat 18 radələrində Nizami rayonunun B.Nuriyev küçəsində “Nissan” markalı bir avtomobilin dövlət qeydiyyat nişanlarının çıxarılaraq yerə atılması, qanadları və qapılarının cızılaraq 2200 manat dəyərində maddi ziyan vurulması barədə polisə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Quliyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun həmin gün eyni küçədə “Mercedes”, “Ford”, “Hyundai”, və “KİA” markalı daha 5 avtomobilin qapılarını, qanad və mühərrik örtüklərini cızaraq avtomobil sahiblərinə ümumilikdə 1600 manat dəyərində maddi ziyan vurması da müəyyən olunub.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər