Menyu

Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" hesabında paylaşım edib.

"Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.

ABŞ-nin Azərbaycan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşümüzdə bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanlarını nəzərdən keçirdik, qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq", - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər