Samuxda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub
Nərmin Qocamanlı
Həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub
Samux rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, fevralın 20-si saat 18 radələrində Samux rayonunun Çobanabdallı kəndi ərazisində 1989-cu il təvəllüdlü Oqtay Əliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı zərərçəkmişin üz nahiyəsinə 1993-cü il təvəllüdlü Ramil Bəşirovun yumruqla vurması nəticəsində yıxılması və hadisə yerində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ramil Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq tədbirləri davam etdirilir.
Teqlər:
"Samuxda həmkəndlisinin ölümündə şübhəli bilinən şəxs tutulub"