Niderlandla ticarət dövriyyəsi 200 milyon dolları üstələyib
Şəfa Hüseynli
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Niderland ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 72,2 faiz artaraq 200,3 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Azərbaycandan Niderlanda ixrac: 132,7 milyon dollar (+1,9 dəfə)
Niderlanddan Azərbaycana idxal: 67,5 milyon dollar (+45,1 faiz)
Cari ilin ilk altı ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Niderland ilə ticarətin payı 0,82 faiz təşkil edib.
Teqlər:
"Niderlandla ticar\u0259t d\u00f6vriyy\u0259si 200 milyon dollar\u0131 \u00fcst\u0259l\u0259yib"