“Azəri-Çıraq-Günəşli” yatağı üzrə 59 milyon neft hasil olunub
Şəfa Hüseynli
2025-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə fəaliyyətlərə təqribən 259 milyon dollar əməliyyat məsrəfləri və 558 milyon dollar əsaslı məsrəflər xərclənilib.
BP-dən Operativ Media-ya verilən məlumata görə, ilk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanıb.
2025-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Teqlər:
"\u201cAz\u0259ri-\u00c7\u0131raq-G\u00fcn\u0259\u015fli\u201d yata\u011f\u0131 \u00fczr\u0259 59 milyon neft hasil olunub"