2025-ci ilin birinci yarısında Şahdəniz yatağı üzrə fəaliyyətlərə təxminən 1,282 milyard dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər çəkilib.
BP-dən Operativ Media-ya verilən məlumata görə, bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilib.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir.