Binəqədidə fəhlə 8-ci mərtəbədən yıxılaraq ölüb
Nərmin Qocamanlı
Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, fevralın 20-si saat 12 radələrində 1973-cü il təvəllüdlü Oktay Ələkbərovun Binəqədi rayonu ərazisində hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Oktay Ələkbərovun fəhlə kimi işlədiyi inşa edilməkdə olan hündürmərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılması və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net