Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə çatıb
Şəfa Hüseynli
Bu ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsiləaşırılan konteyner həcmi rekord səviyyəyə çataraq 60 429 TEU təşkil edib.
ADY-dən Operativ Media-ya verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.
Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.
Teqlər:
"Bak\u0131 Liman\u0131nda konteyner d\u00f6vriyy\u0259si rekord s\u0259viyy\u0259y\u0259 \u00e7at\u0131b"