Menyu

Pensiya ödənişlərinə 4 milyard manatdan çox vəsait yönəldilib

Şəfa Hüseynli
Pensiya ödənişlərinə 4 milyard manatdan çox vəsait yönəldilib

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (367 milyon manat) çox olmaqla 4 milyard 142 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Cari ilin yanvar-iyul aylarında 27 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 165 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Teqlər:

"Pensiya \u00f6d\u0259ni\u015fl\u0259rin\u0259 4 milyard manatdan \u00e7ox v\u0259sait y\u00f6n\u0259ldilib"

Əlaqəli Xəbərlər