Menyu

204 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Şəfa Hüseynli
204 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində daşınmaz əmlak üzərində 204.494 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Qeydiyyata alınan mülkiyyət hüququnun 37.588-i (18,4 %) ilkin, 166.906-si (81,6 %) isə təkrar qeydiyyatın payına düşür.
 
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

2025-ci ilin yanvar-iyul ayları ərzində fərdi yaşayış və bağ evi üzərində – 37.904, mənzil – 52.196, torpaq sahəsi – 106.814, qeyri-yaşayış binası – 1.736, qeyri-yaşayış sahəsi – 5.340, əmlak kompleksi – 417, çoxmərtəbəli yaşayış binası – 84 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 56.114-ü Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin yanvar-iyul ayları ərzində 145.642 texniki pasport tərtib edilib, 34.196 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Teqlər:

"204 mind\u0259n \u00e7ox m\u00fclkiyy\u0259t h\u00fcququnun d\u00f6vl\u0259t qeydiyyat\u0131 apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər