Naxçıvanda daşınmaz əmlakın qeydiyyatında aktivlik artıb
Şəfa Hüseynli
2025-ci ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində 129 qeyri-yaşayış binası, 2528 torpaq sahəsi, 2245 fərdi yaşayış və bağ evi, 24 əmlak kompleksi kimi müəssisə dövlət qeydiyyatına alınmışdır.
Operativ Media-ya bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan qeyri-yaşayış binalarınının sayında 43,3 faiz, torpaq sahələrinin sayında 0,7% , fərdi yaşayış və bağ evlərinin sayında 7,1 faiz, əmlak kompleksi kimi müəssisələrinin sayında 9 faiz artım olmuşdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net