Ana səhifə / Ölkə / Yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir Yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir 15.08.2025, 11:22 Nərmin Qocamanlı Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində arabir yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Astarada 7, Zaqatalada 6, Qaxda 5, Balakəndə 3, Şəkidə (Kişçay) 2, Mingəçevir, Kəlbəcər, Xankəndi, Xocalıda 1 mm-dək qeydə alınıb. Lerik, Daşkəsən, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir. Teqlər: "Ya\u011f\u0131nt\u0131l\u0131 hava \u015f\u0259raitinin h\u0259ft\u0259 sonunad\u0259k davam ed\u0259c\u0259yi g\u00f6zl\u0259nilir"