Xaçmazda avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib
Nərmin Qocamanlı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Ağyazı Buduq kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Operativ Media-ya verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1999-cu il təvəllüdlü Əlmərdanov Elvin Məzahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Teqlər:
"Xa\u00e7mazda avtomobild\u0259 s\u0131x\u0131l\u0131 v\u0259ziyy\u0259td\u0259 qalan s\u00fcr\u00fcc\u00fc xilas edilib"