Menyu

Tütün məmulatlarının istehsalı artıb

Şəfa Hüseynli
Tütün məmulatlarının istehsalı artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 564,2 milyon manatlıq tütün məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, dövr ərzində 9 072,1 milyon siqaret və siqarlar istehsal olunub. Bu sahədə 9,7 faizlik artım qeydə alınıb.

Ümumilikdə, ölkədə 1 118,6 ton tütün istehsal olunub. Hazır məhsul ehtiyatı 518,8 ton təşkil edib.

Teqlər:

"T\u00fct\u00fcn m\u0259mulatlar\u0131n\u0131n istehsal\u0131 art\u0131b"

Əlaqəli Xəbərlər