Bəzi məktəblərdə tədris 1 sentyabrda başlayacaq

Nərmin Qocamanlı
Baxış: 4058
Bəzi məktəblərdə tədris 1 sentyabrda başlayacaq

Yeni tədris ilinin başlanmasına az müddət qalıb. Dövlət məktəblərində ənənəvi olaraq dərslər 15 sentyabrda start götürəcək. Lakin özəl təhsil müəssisələri bu məsələdə müxtəlif yanaşmalar sərgiləyir: bəziləri dərs ilinə daha erkən başlayır, digərləri isə rəsmi tarixə uyğun hərəkət edir. Bu fərqliliklər həmin məktəblərin daxili tədris proqramı və strategiyasına əsasən müəyyən olunur.

Operativ Media bir sıra nüfuzlu özəl məktəblərdə yeni dərs ilinin başlanma tarixlərini araşdırıb:

  • “Kaspi” – IX-XI siniflər üçün dərslər 1 sentyabrda, digər siniflər üçün isə 15 sentyabrda başlayacaq.

  • “Landau School” – Bütün siniflər üzrə dərslər 15 sentyabrda start götürəcək.

  • “Oxford School” – Bağça qrupları 1 sentyabrda, digər təhsil pillələri isə 15 sentyabrda dərsə başlayacaq.

  • “İdrak Liseyi” – Tədrisə 15 sentyabrda start verəcək.

  • “Azerbaijan British Colleges” – Bütün qruplar üzrə dərs ili 1 sentyabrda başlayacaq.

  • “British School” – Bütün siniflər üzrə tədrisə 15 sentyabrda start veriləcək.

Digər xəbərlər