Menyu

Şağanda 46 yaşlı kişinin ölümü ilə bağlı cinayət işi açılıb

Nərmin Qocamanlı
Şağanda 46 yaşlı kişinin ölümü ilə bağlı cinayət işi açılıb

Avqustun 19-də saat 03 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, araşdırma zamanı 1987-ci il təvəllüdlü Aysel Rufullayevanın aralarında yaranmış mübahisə zamanı bıçaqla ehtiyatsız davranması nəticəsində Elşad Şixiyevin almış  olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aysel Rufullayeva polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər