AYNA: 7 ayda 4 280 sürücü buraxılış vəsiqəsi alıb

Əziz Əzizli
AYNA: 7 ayda 4 280 sürücü buraxılış vəsiqəsi alıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilən sənədlərlə bağlı statistikanı açıqlayıb.

AYNA-dan Operativ Media-ya bildirilib ki, hesabat dövründə 4 280 nəfər sürücü buraxılış vəsiqəsi, 10 315 avtomobil isə buraxılış kartı ilə təmin olunub.

Buraxılış vəsiqəsi birbaşa sürücüyə, buraxılış kartı isə taksi kimi istifadə ediləcək avtomobilə verilir. Bu sənədlər olmadan taksi fəaliyyəti qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Digər xəbərlər