Menyu

Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Paytaxtda 35 min manat dəyərində günəş panellərini oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Xəzər rayonunda talama cinayəti qeydə alınıb. Qala qəsəbə sakininin ərazisindən 35 min manat dəyərində günəş panelləri, su mühərriki, samovar və elektrik naqilləri oğurlanıb. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı İ.Məmmədov, 29 yaşlı A.Eyvazov və 24 yaşlı İ.Bünyadov saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər