2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı 334,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Bu barədə Operativ Media-ya Dövlət Statistika Komitəsi məlumat verib.
İstehsalın əsas istiqamətləri
Plastmas çubuqlar, millər və profillər – 5 805,1 ton (+37,4 faiz).
Sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar – 21 860,7 ton (–0,2 faiz).
Polietilendən kisə və çantalar – 9 429,1 ton (–19 faiz).
Plastmas butulkalar, flakonlar və oxşar məmulatlar – 1 301,1 mln ədəd (+18,5 faiz).
Polietilendən başqa digər plastmas kisələr və çantalar – 3 749,2 ton (+52,5 faiz).
Döşəmə, divar və tavan üçün plastmas kütlədən rulon və ya plitka şəklində örtük – 249,9 min kv.m (+51,3 faiz).
Digər plastmasdan tikinti məmulatları – 1 560 ton (+46,6 faiz).
Məsaməli plastmas kütlədən sair plastinlər, lövhələr – 1 732,5 ton (–5,2 faiz).