Bakıda 60 yaşlı kişi qətlə yetirilib
Nərmin Qocamanlı
Avqustun 20-də paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, ilkin araşdırmalarla 1993-cü il təvəllüdlü Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Rəhim Qasımov iş üzrə şübhəli şəxs qismində tutulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net