Menyu

Kibermüharibə yarışmasında qalib olanlara 30 min manat veriləcək

Nərmin Qocamanlı 1705 baxış
Kibermüharibə yarışmasında qalib olanlara 30 min manat veriləcək

Azərbaycanda kibertəhlükəsizlik sahəsində bilik və bacarıqların yoxlanılması məqsədilə “Kibermüharibə” adlı yarış keçiriləcək.

XRİTDX-dən Operativ Media-ya verilən məlumata görə, yarışın qeydiyyat mərhələsinə start verilib.

Məlumata görə, müsabiqə iki mərhələdən ibarət olacaq: seçim turu və final. İştirakçılar informasiya təhlükəsizliyi üzrə müxtəlif tapşırıqları yerinə yetirəcək. Nəticələrə əsasən qalib gələn komanda 30 min manat mükafat qazanacaq.

Yarışda yalnız dövlət qurumları, kritik infrastrukturlar, bank sektoru, telekommunikasiya müəssisələri, eləcə də elm və təhsil müəssisələrinin İT komandaları iştirak edə bilər. Kibertəhlükəsizlik xidmətləri göstərən şirkətlərin yarışa qatılması nəzərdə tutulmur.

Qeydiyyat prosesi cidc.gov.az portalı vasitəsilə həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər