Menyu

"Memar Əcəmi" stansiyasının keçidində təmir işləri yekunlaşıb

Nərmin Qocamanlı
"Memar Əcəmi" stansiyasının keçidində təmir işləri yekunlaşıb

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Yaşıl xətdə yerləşən "Memar Əcəmi" stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidi və giriş-çıxışlarında aparılan əsaslı təmir işlərini yekunlaşdırıb.

QSC-dən Operativ Media-ya verilən məlumata görə, 1985-ci ildən istismar edilən keçiddə təmir zamanı köhnə divar üzlükləri, döşəmə daşları və bəzi konstruksiyalar texniki-təhlükəsizlik qaydalarına riayət olunmaqla, mərhələli şəkildə dəyişdirilib. Divar və döşəmə üzlükləri daha keyfiyyətli analoqları ilə əvəzlənib, keçidin tavanı yüksək keyfiyyətli inşaat materialları ilə təmir olunub.

Giriş-çıxışların ətrafı, yerüstü sahə abadlaşdırılıb, keçidin çöl hissəsində yan divarların ətək zonası genişləndirilərək səki formasına salınıb.

Piyadaların, fiziki məhdudiyyətli insanların, o cümlədən uşaq arabaları ilə hərəkət edən şəxslərin rahatlığını təmin etmək məqsədilə keçidin üst hissəsində yerə xırda tamet daşları döşənib, panduslar yerləşdirilib və istirahət üçün oturacaqlar quraşdırılıb.

Həmçinin yerüstü hissə metal dirəklərlə çəpərlənərək ətrafda avtomobillərin səbəb olduğu xaotik vəziyyətin qarşısı alınıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər