Tərtər və Laçında silah-sursat tapılıb

Nərmin Qocamanlı
Tərtər və Laçında silah-sursat tapılıb

Tərtər və Laçın Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən nəzarət profilaktik tədbirlər zamanı erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən xeyli silah-sursat tapılıb.  

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya bildirilib ki, Tərtər rayonunun Talış kəndi ərazisində 1 ədəd tank əleyhinə idarə olunan raket sistemi, 17  müxtəlif təyinatlı mərmi, Laçın rayonunun Qarıkaha kəndində isə 3 əl qumbarası aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.

Digər xəbərlər