Menyu

Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır

Şəfa Hüseynli
Kürdə balıq və digər su bioloji resurslarının məhv olması faktı ilə bağlı araşdırma aparılır

Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Teqlər:

"K\u00fcrd\u0259 bal\u0131q v\u0259 dig\u0259r su bioloji resurslar\u0131n\u0131n m\u0259hv olmas\u0131 fakt\u0131 il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rma apar\u0131l\u0131r"

Əlaqəli Xəbərlər