Menyu

Sumqayıtda qadını şantaj edərək pulunu alan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Sumqayıtda qadını şantaj edərək pulunu alan şəxs saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın bir nəfərin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 300 manatını almasını, sonradan isə yenidən hədələməsini bildirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Corat qəsəbə sakini Pərvin Bayramov müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Teqlər:

"Sumqayıtda qadını şantaj edərək pulunu alan şəxs saxlanılıb"

Əlaqəli Xəbərlər