Menyu

Bakıda sərnişin avtobusu piyadanı vurub

Əsəd Abbaslı
Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Operativ Media xəbər verir ki, hadisə avqustun 24-nə keçən gecə Əmircan qəsəbəsi ərazisində baş verib.

1990-cı il təvəllüdlü Anar Beydullayev yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu sərnişin avtobusu vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Növbətçi həkimin verdiyi məlumata görə, A.Beydullayevin vəziyyəti orta ağırdır.

Qeyd edək ki, hadisə vaxtı avtobusda sərnişin olmayıb. Avtobusun sürücüsü qaraj istiqamətində hərəkət edirmiş.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər