Menyu

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB

Əsəd Abbaslı
Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib - YENİLƏNİB

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

Operativ Media xəbər verir ki, bu barədə Lənkəran rayon prokurorluğu məlumat yayıb.

Avqustun 24-də saat 09 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Əfsanə Əsgərlinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Lənkəran rayonu, Liman şəhəri ərazisində 1993-cü il təvəllüdlü Nicat Lələzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək arvadı Əfsanə Əsgərlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nicat Lələzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

10:00

Lənkəranda 34 yaşlı qadın qətlə yetirilib.

Operativ Media xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər:

"L\u0259nk\u0259randa 34 ya\u015fl\u0131 qad\u0131n q\u0259tl\u0259 yetirilib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər