“Sədərək” ticarət mərkəzindəki yanğın tam söndürülüb - YENİLƏNİB 6
“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Operativ Media xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.
***
09:37
“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.
Operativ Media xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb.
***
2025-08-24 23:59:00
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülməyə çalışılan Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “Sədərək” ticarət mərkəzində yerləşən anbarda gecə saatlarında yanğın davam edir.
Operativ Media xəbər verir ki, ərazidə xeyli sayda FHN-in şəxsi heyəti və xüsusi texnikası çalışır.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
15:55
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Operativ Media xəbər verir ki, yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Əlavə məlumat veriləcək.
13:45
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Bu barədə Operativ Media-ya FHN-in Mətbuat xidmətindən bildirilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
13:35
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzindəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Operativ Media-ya FHN Mətbuat xidmətindən bildirilib.
Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
12:39
Xəbər verildiyi kimi, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də qüvvələr tərəfindən ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
12:09
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.