Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Əsəd Abbaslı
Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub. Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Teqlər:
"Xocav\u0259ndd\u0259 yan\u011f\u0131na s\u0259b\u0259b olan \u015f\u0259xs m\u0259suliyy\u0259t\u0259 c\u0259lb olunub"