Menyu

Səfir: Rusiya qazının Azərbaycan üzərindən nəqli tezliklə başlayacaq

Nərmin Qocamanlı
Səfir: Rusiya qazının Azərbaycan üzərindən nəqli tezliklə başlayacaq

İran ümid edir ki, yaxın gələcəkdə Rusiya qazının Azərbaycan vasitəsilə nəqlinə başlanacaq. 

Operativ Media xəbər verir ki, bunu TASS-a müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

"Ümid edirik ki, bu, yaxın vaxtlarda baş verəcək. Hazırda biz "Qazprom"la danışıqlar aparırıq və demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Bu məsələ də həll olunarsa, o zaman proses başlayacaq", - o qeyd edib.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər