Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i tamamlanıb
Nərmin Qocamanlı
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i yekunlaşıb.
Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, hazırda xəttin 75-106 km hissəsində torpaq işləri və mühəndis qurğularının inşası aparılır.
Layihə çərçivəsində Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyalarının tikintisi nəzərdə tutulur. Bundan başqa, dəmir yolu xətti boyunca 40 körpünün, 26 avtomobil keçidinin, 4 tunelin, 3 qalereyanın, istinad divarlarının - ümumilikdə 553 mühəndis qurğusunun tikintisi həyata keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net