Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması başa çatmaq üzrədir
Nərmin Qocamanlı
Rusiyanın "Natsproektstroy" şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, bu, Bakı-Böyük Kəsik xəttində sərnişin qatarlarının hərəkət sürətini saatda 100 kilometrdən 140 kilometrə qədər artırmağa imkan verəcək.
Yük qatarları üçün bu göstərici saatda 80 kilometrdən 120 kilometrə qədər artacaq. Qatarlar arasındakı interval perspektivdə 20 dəqiqədən 8 dəqiqəyə qədər azalacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma