Menyu

Xocavənd və Ağdərədə yanğın baş verib

Şəfa Hüseynli
Xocavənd və Ağdərədə yanğın baş verib
1 dəq oxu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Operativ Media-ya FHN-dən məlumat verilib. 

Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər